• Bakı 29° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Diplom işi bütün universitetlərdə ləğv oluna bilər?

CƏMİYYƏT

14 Iyul 2026 | 15:27

Diplom işi bütün universitetlərdə ləğv oluna bilər?

Bəzi universitetlərdə artıq diplom işi ləğv edilib və tələbələrin yekun qiymətləndirilməsi praktika balları əsasında aparılır. Lakin bu qərarın verilməsi birmənalı olaraq ali məktəblərin daxili səlahiyyətinə buraxılıb.

Bu sərbəstlik fonunda, niyə ölkə üzrə bütün universitetlərdə vahid, imtahansız və diplom işi olmadan sistemə keçid baş tutmur?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, Boloniya prosesində əslində diplom işi anlayışı yoxdur. Onun sözlərinə görə, lakin bu məsələ birbaşa universitetlərin elmi şuralarının səlahiyyətinə verilib. Demək olar ki, ölkəmizdəki əksər ali təhsil müəssisələrində artıq diplom işi ləğv olunub; tələbələr tələb olunan krediti topladıqdan sonra birbaşa məzun olurlar:

"Hazırda bu sistem yalnız az sayda universitetdə qalıb, lakin yaxın gələcəkdə onların da diplom işini ləğv edəcəyini düşünürəm. Qərarvermədə universitetlər və elmi şuralar müstəqil olduğu üçün Elm və Təhsil Nazirliyi bu məsələdə onlara hər hansı inzibati təzyiq göstərmir".

Ekspert bildirib ki, dünya təcrübəsində də bu yanaşma universitetdən asılı olaraq dəyişir – elə ali məktəb var ki, bu tələbi saxlayıb, eləsi də var ki, tamamilə imtina edib. Xüsusilə tətbiqi elmlər yönümlü universitetlərdə diplom işi əvəzinə bir neçə tələbənin birgə hazırladığı layihələr (proyektlər) əsas götürülür.

Bu səbəbdən, dövlət imtahanı və ya diplom işinin birmənalı şəkildə hamı üçün ləğv edilməsi yox, konkret ixtisas və universitetin profili nəzərə alınaraq fərdi qaydada ləğv olunması daha effektiv yanaşmadır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR