• Bakı 29° C

    6.04 m/s

258 milyon manat nəyə xərclənəcək? - AÇIQLAMA

CƏMİYYƏT

13 Avqust 2026 | 15:27

258 milyon manat nəyə xərclənəcək? - AÇIQLAMA

Prezident İlham Əliyevin Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Sərəncamı ilə 258 milyon manat vəsait ayrılacaq. Dövlət başçısının Naxçıvanda qeyd etdiyi kimi bununla konkret layihələr maliyyələşdiriləcək və işlərin daha da sürətlə getməsi üçün Sərəncamın icrasına lazımi nəzarət də təmin ediləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, deputat Vüqar Bayramov bildirib ki, ayırlacaq 258 milyon manat Naxçıvanda infrastrukturun yenilənməsi də daxil olmaqla bir sıra vacib sosial və iqtisadi istiqamətlərə yönəldiləcək. Bu enerji təhlükəsizliyindən sosial mənzilə qədər maliyyələşmə deməkdir.

Konkret layihələrə gəlincə, onun sözlərinə görə, vəsaitlə Su Elektrik Stansiyasının tikintisi davam etdiriləcək, 156 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometr uzunluğunda yollar əsaslı təmir ediləcək, Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxana, 640 nəfərlik 5 yeni uşaq bağçası tikiləcək və 161 yaşayış binası və istilik qazanxanaları əsaslı təmir ediləcək.

"Göründüyü kimi, Sərəncamla ayrılacaq vəsait Naxçıvanın sosial-iqtisadi inkişafında xüsusi paya malik olacaq. Bu addım Azərbaycan Prezidentinin regionların tarazlı və dayanıqlı inkişafı siyasətini və Naxçıvana xüsusi diqqətini bir daha təsdiq edir.

İnstitutsional and kadr islahatların daha da genişləndiyi Naxçıvanda maliyyə dəstəyinin genişləndirilməsi bu bölgəmizin inkişafını daha da sürətləndirəcək. Yeni düzən fonunda Naxçıvan regionun ən vacib hablarından birinə çevrilməkdədir. Uzun müddət blokada qalan Naxçıvan artıq kommunikasiyaların regional mərkəzinə çevrilməkdədir. Bu, yalnız Naxçıvan üçün deyil, bütövlükdə regionda yeni səhifənin açılması deməkdir", - deyə Vüqar Bayramov əlavə edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026