• Bakı 29° C

    6.04 m/s

Güclü külək və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ

CƏMİYYƏT

13 Avqust 2026 | 15:19

Güclü külək və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 17-dək Azərbaycanın bəzi ərazilərində güclü külək əsəcək, hava şəraiti fasilələrlə yağıntılı keçəcək. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarını xatırladıb.

FHN güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamağı tövsiyə edib.

Nazirlik küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, güclü külək baş verən yanğınların söndürülməsində ciddi çətinliklər yarada bilər.

Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.

İntensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqınlardan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, sel və daşqın təhlükəsi ilə üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

FHN bir daha xəbərdarlıq edib: qaydalara biganəlik insan həyatı üçün ciddi təhlükə yarada bilər.

Təhlükə zamanı 112-yə zəng edin!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026