• Bakı 29° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Qrinvud "Fənərbağça"da

İDMAN

14 Iyul 2026 | 15:56

Qrinvud Fənərbağçada

İngiltərəli hücumçu Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

"Fənərbağça" 24 yaşlı futbolçunun transferi ilə bağlı "Marsel"lə tam razılığa gəlib.

Məlumata əsasən, İstanbul təmsilçisi Fransa klubuna 40 milyon avro sabit ödəniş edəcək. Bundan əlavə, müqavilədə 2 milyon avro məbləğində bonus da nəzərdə tutulub. 

Transferdən "Mançester Yunayted" də gəlir əldə edəcək. Belə ki, növbəti satışdan pay maddəsinə əsasən, İngiltərə klubu 10 milyon avrodan çox qazanacaq.

Bildirilir ki, Qrinvud "Fənərbağça" ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalayacaq. Onun illik maaşı isə təxminən 10 milyon avro olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR