• Bakı 29° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Əli Əhmədovun yoldaşına vəzifə verildi

SİYASƏT

14 Iyul 2026 | 15:40

Əli Əhmədovun yoldaşına vəzifə verildi

Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun həyat yoldaşı Asya Əhmədova Bakıda özəl klinikanın direktoru kimi fəaliyyətə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Asya Əhmədova Binəqədi rayonunda yerləşən özəl, nizamnamə kapitalı 700 min 100 azn olan “Megapol Sağlamlıq Mərkəzi” MMC-nin direktoru və qanuni təmsilçisidir.

Qeyd edək ki, buna qədər adıçəkilən klinikanın direktoru və baş həkimi Əli Əhmədovun oğlu Fikrət Əhmədov idi. Daha sonra o, dövlət tibb müəssisəsində vəzifəyə təyin edildiyi üçün özəl klinikasındakı işindən ayrılıb. F.Əhmədov hazırda Respublika Kliniki Uroloji Xəstəxanasının baş həkimi vəzifəsində çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR