Xəbər verdiyimiz kimi, verilişi bağlanan Zaur Nəbioğluya vəzifə verilib.
Bakıvaxtı.az xatırladır ki, o, “AF Holding”in mətbuat katibi təyin olunub.
Zaur Nəbioğlu əməkdaşımızla söhbətində bildirib ki, "AF Holding"in rəhbərliyi ilə münasibəti illərə dayanır:
“Təklif etdilər, mən də qəbul etdim. Artıq işimə başlamışam”.
Televiziya karyerasına son qoymayacağənı deyən aparıcı “ət dırnaqdan ayrılmaz. Televiziya mənim üçün ətlə dırnaq kimidir” deyib.
Televiziyanı sevdiyini, onunla nəfəs aldığını deyən Zaur Nəbioğlu yeni təyinatın televiziyaya heç bir halda aidiyyətinin olmadığını vurğulayıb.
Ayşəgül
Bakı 



