• Bakı 29° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

14 iyul faciəsinin qurbanları anılıb

SİYASƏT

14 Iyul 2026 | 16:20

14 iyul faciəsinin qurbanları anılıb

Kəlbəcərdə 1989-cu il iyulun 14-də baş vermiş faciənin növbəti ildönümü münasibətilə anım mərasimi keçirilib.

Bakıvaxtı.az xəbərinə görə, mərasimdə helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvləri, yaxınları, Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri iştirak ediblər. Həlak olanların məzarları ziyarət edilib, xatirələri yad olunub.

    Qeyd edək ki, 1989-cu il iyulun 14-də Kəlbəcər şəhər stadionuna enən hərbi helikopter havaya qalxarkən qəzaya uğrayıb. Nəticədə helikopterin rotor pərlərinin stadionun yaxınlığında olan uşaqlara dəyməsi nəticəsində səkkiz azyaşlı həyatını itirib. Bu hadisə Kəlbəcər rayonunun tarixində ən ağır faciələrdən biri kimi xatırlanır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR