Bu gün Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının son iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bununla da parlament 2026-cı ilin yaz və növbədənkənar sessiyaları çərçivəsində fəaliyyətini yekunlaşdıraraq yay tətilinə çıxır.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlament hər il beş sessiya dövründə fəaliyyət göstərir.
Yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Yaz sessiyasının başa çatmasından sonra zərurət yarandıqda Milli Məclis sədri tərəfindən növbədənkənar sessiya çağırıla bilər.
Bu il də yaz sessiyasının yekunundan sonra növbədənkənar sessiya keçirilib və qanunvericilik gündəliyində olan bir sıra məsələlərə baxılıb. Bu gün keçirilən son iclasla növbədənkənar sessiya başa çatır.
Milli Məclisin yay tətili hər il iyulun 15-dən avqustun 30-dək olan dövrü əhatə edir.
Bu müddətdə zərurət yarandığı halda Azərbaycan Respublikası Konstitusiyasına və Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq növbədənkənar iclas çağırıla bilər.
Nəzrin Mübariz
Bakı 



