• Bakı 30° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

İlham Əliyev slovakiyalı həmkarını Şuşada qarşıladı - FOTOLAR

SİYASƏT

14 Iyul 2026 | 10:06

İlham Əliyev slovakiyalı həmkarını Şuşada qarşıladı - FOTOLAR

Şuşada iyuliun 14-də Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrinini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Slovakiya Prezidentinə raport verdi.

Slovakiya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026