• Bakı 30° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir

CƏMİYYƏT

14 Iyul 2026 | 11:21

Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir

Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir.

Bakıvaxtı.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, frilanser muzdlu işçi cəlb etmədən, rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında, müstəqil şəkildə və ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, sənaye yaxud texnologiyalar parkının rezidenti olan fiziki şəxsdir.

    Frilanserlər vergi orqanında qeydiyyata (uçota) alındıqdan, sənaye yaxud texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsini aldıqdan sonra ölkə ərazisində fəaliyyət (xarici mənbələrdən gəlirin əldə edilməsi) göstərə, eləcə də bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştlərindən və azadolmalardan istifadə edə bilərlər.

    Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Iyul 2026