• Bakı 29° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Bu ölkədən bibər alacağıq

İQTİSADİYYAT

14 Iyul 2026 | 15:38

Bu ölkədən bibər alacağıq

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 5 min 554 ton bibər idxal edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12,1 %, kəmiyyət olaraq – 12 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 3,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % çox) 5 min 552 ton (+15,6 %), Türkiyədən 1,9 min ABŞ dolları dəyərində (-98 %) 1,8 ton (-99 %), Tailanddan 0,5 min ABŞ dolları dəyərində (-4 %) 0,03 ton (-40 %), Çindən 0,05 min ABŞ dolları dəyərində 0,01 ton, İspaniyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən tədarük həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR