• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycanda - FOTOLAR

SİYASƏT

16 Oktyabr 2026 | 18:22 | Müəllif: Subhan Mahmudov

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycanda - FOTOLAR

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının komandanı, general-mayor Ali Al-Kaabi və rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. 

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə nümayəndə heyəti Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Döyüş Komandanlığında olublar. Burada qonaqlara təlimin gedişi, qarşıya qoyulan tapşırıqlar və hərbi qulluqçuların birgə fəaliyyəti barədə məlumat verilib.

Təlimin gedişi ilə tanış olan qonaqlar şəxsi heyətlə görüşüb, təlimdə istifadə olunan aviasiya vasitələrinə və hərbi texnikalara baxış keçiriblər.

Sonra nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələr (XTQ) komandanlığını ziyarət ediblər. Burada qonaqlara XTQ-in fəaliyyəti barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Görüş zamanı tərəflər arasında hər iki ölkənin XTQ-si arasında mümkün əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələləri müzakirə edilib.

Daha sonra nümayəndə heyətinin rəhbəri Şərəf Kitabına ürək sözlərini yazıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.


BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycanda - FOTOLARBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycanda - FOTOLARBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycanda - FOTOLARBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycanda - FOTOLARBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycanda - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR