• Bakı 19° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Arda Güler daha 5 il "Real"da

İDMAN

17 Oktyabr 2026 | 00:06 | Müəllif: Subhan Mahmudov

Arda Güler daha 5 il "Real"da

"Real" türkiyəli yarımmüdafiəçisi Arda Gülər yeni müqavilə imzalamağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər əməkdaşlığın 2031-ci ilə qədər uzadılması ilə bağlı razılığa gəliblər. Bu barədə "TEAMtalk" məlumat yayıb.

Bir neçə ay əvvəl “Arsenal” və “Mançester Siti” futbolçunun nümayəndələri ilə də danışıqlar aparıblar. Lakin “Real” rəhbərliyi Arda Gülərə uzunmüddətli planlarında mühüm yer ayırdığını bildirib. Baş məşqçi Joze Mourinyo da türkiyəli oyunçuya dəstək verib.

Arda Gülər 2026/2027 mövsümündə La Liqa və Çempionlar Liqasında 9 oyunda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026