• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Tramp: İranı yenidən sərt şəkildə vuracağıq

DÜNYA

14 Iyul 2026 | 14:07 | Müəllif: Gülşən Şərif

Tramp: İranı yenidən sərt şəkildə vuracağıq

Hörmüz boğazı ABŞ-nin nəzarəti altında olacaq.

Bakıvaxtı.az "Fox News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Yəqin ki, biz onu idarə edəcəyik. Biz boğazın mühafizəçisi olacağıq. Hətta buna boğazın qoruyucu mələyi də demək olar. Bunun qarşılığında isə bizə ödəniş edilməlidir", – deyə Tramp bildirib.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Vaşinqton İrana qarşı yenidən güclü zərbələr endirəcək:

"Dünən gecə onlara güclü zərbə endirdik. Bizim razılaşmamız var idi. Bunu heç kim bilmir, amma belə bir razılaşma mövcud idi və onlar onu pozdular. Onlar razılaşmanı həmişə pozurlar. Buna görə də biz onlara yenidən çox güclü zərbələr endirəcəyik.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR