Bolqarıstanın Baş naziri Rumen Radev ölkənin artıq "İstəklilər koalisiyası"nın - Rusiyaya qarşı münaqişədə Ukraynanı dəstəkləyən ölkələr qrupunun üzvü olmayacağını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
"Biz Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsində israr edən koalisiyanın üzvü deyilik. Bu münaqişənin həlli onun hərbi yollarla uzadılmasında deyil, eskalasiyaya son qoyacaq güclü diplomatik missiyadadır", - Radev jurnalistlərə bildirib.
Agentlik qeyd edib ki, Koalisiyanın əvvəlki görüşlərində iştirak edən Bolqarıstan Parisdəki görüşdə təmsil olunmayıb.
Bakı 



