• Bakı 30° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Trampın ən böyük qorxusu nədir?

DÜNYA

14 Iyul 2026 | 10:06

Trampın ən böyük qorxusu nədir?

ABŞ Prezidenti Donald Tramp haqqında illərdir ən çox müzakirə olunan maraqlı məqamlardan biri onun mikroblara qarşı həddindən artıq həssas olmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, Tramp müxtəlif müsahibələrində və çıxışlarında özünü “germofob” (mikroblardan həddindən artıq çəkinən insan) adlandırıb və bu vərdişini heç vaxt gizlətməyib.

Trampın sözlərinə görə, insanların bir-biri ilə əl sıxması xoşuna gəlmir. O, hətta bu ənənəni “barbar adət” adlandıraraq mikrobların ən asan yayıldığı yollardan biri hesab etdiyini bildirib. Məhz buna görə də illər boyu mümkün qədər az insanla əl sıxmağa çalışdığını etiraf edib.

O, 2017-ci ildə keçirdiyi mətbuat konfransında da “Mən mikroblardan çox çəkinən insanam, inanın mənə” deyərək bu xüsusiyyətini bir daha təsdiqləyib. Daha sonra COVID-19 pandemiyası dövründə də əl sıxmağın tərəfdarı olmadığını və bu vərdişdən heç vaxt məmnun qalmadığını söyləyib.

ABŞ mediasında yer alan məlumatlara görə, Tramp yaxın ətrafında kimsə öskürəndə və ya xəstə görünəndə narahat olur. Hətta keçmiş administrasiya üzvlərindən biri müsahibə zamanı öskürərkən ondan otaqdan çıxmasını istədiyini də təsdiqləyib.

Psixoloqlar qeyd edirlər ki, mikroblardan çəkinmək müəyyən həddə qədər normal sayılsa da, bu vəziyyət gündəlik həyata ciddi təsir göstərirsə, artıq fobiya kimi qiymətləndirilə bilər. Bununla belə, Donald Tramp bu xüsusiyyətini sadəcə təmizliyə həddindən artıq önəm verməsi ilə izah edib.

Ayşəgül


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026