• Bakı 30° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq

SİYASƏT

14 Iyul 2026 | 11:26

Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq

Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” yeni qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat manat, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsinə görə 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə (bir sənəd) 25 manat dövlət rüsumu müəyyənləşir.

    Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Iyul 2026