• Bakı 26° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Avropada misli-görülməmiş istilər - 10 mindən çox ölüm halı

DÜNYA

13 Iyul 2026 | 21:42

Avropada misli-görülməmiş istilər - 10 mindən çox ölüm halı

İyunun sonlarında Avropanı bürüyən rekord istilik dalğası zamanı 10 mindən çox ölüm halı qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Reuters agentliyi “EuroMOMO” şəbəkəsinin araşdırmasına istinadən məlumat yayıb.

Təhlil 22–28 iyun tarixlərini əhatə edən dövr üzrə Avropanın 27 ölkəsinin milli statistika məlumatlarına əsaslanır. Həmin günlərdə Fransa, İspaniya, Böyük Britaniya və bir sıra digər ölkələrdə ekstremal istilər pik həddə çatmışdı.

Araşdırmanın nəticələrinə görə, ölənlərin 9 mindən çoxu 65 yaşdan yuxarı şəxslər olub. Eyni zamanda, iyunun son həftəsində "çox yüksək" izafi ölüm göstəricisinin qeydə alındığı yeganə ölkələr Fransa və Belçika olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026