• Bakı 26° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

"Əsl bombanı gözləyin" - Haluk Levent açıqlama yaydı

ŞOU

13 Iyul 2026 | 21:45

Əsl bombanı gözləyin - Haluk Levent açıqlama yaydı

Müğənni Haluk Levent barəsində səsləndirilən iddialarla bağlı yeni açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək saxlanılmazdan əvvəl daxili işlər nazirinin müavini Bülent Turana hər gün mesaj göndərdiyini bildirib.

Levent şəxsi borc-alacaq məsələlərinin rəhbərlik etdiyi AHBAP dərnəyi ilə əlaqələndirilməsinə etiraz edərək bunları yazıb:

"Şəxsi borc-alacaq münasibətlərimi AHBAP-la əlaqələndirməyin. Zaman hər şeyi göstərəcək. Bu qarışıqlıq içində həqiqəti üzə çıxarmaq çətin və zaman alacaq, amma nəticədə haqlı olduğumuz təsdiqlənəcək".

Müğənni paylaşımında yaxın vaxtlarda daha ətraflı açıqlamalar verəcəyini də vurğulayıb:

"Əsl bombanı gözləyin. Yaxında edəcəyim açıqlamalarda bu prosesin necə başladığını öyrənəcək və təəccüblənəcəksiniz".

Qeyd edək ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində Haluk Levent barəsində saxlanılma qərarı verilib. İddia olunur ki, Haluk 2020-2026-cı illər ərzində ümumilikdə 990 milyon türk lirəsi (təxminən 36 milyon manat) məbləğində qumar oynayıb və həmin pulun 390 milyon lirəsini (təxminən 14 milyon manat) itirib. (Axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026