• Bakı 27° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Müğənni yeni klipinə 16 milyon xərclədi

ŞOU

11 Avqust 2026 | 19:56

Müğənni yeni klipinə 16 milyon xərclədi

Türkiyəli müğənni Gülşen yeni mahnısı və dəyişən imici ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verri ki, sənətçi yeni "İtaat Yok" mahnısı üçün görünüşünü tamamilə dəyişib. O, təxminən yeddi illik aradan sonra saçlarını tünd qəhvəyi rəngə boyadıb. Müğənni bu imici ilə sosial şəbəkələrdə Latın Amerikasının pop ulduzlarına bənzədilib.

Gülşen mahnının klipi üçün də böyük məbləğ xərcləyib. Deniz Birginin rejissorluğu və Mahizer Aytaşın rəhbərliyi ilə hazırlanan klip üzərində ümumilikdə 161 nəfər çalışıb. Silivridə yerləşən "Klasis" hotelində cəmi bir gün ərzində çəkilən klipin büdcəsi 16 milyon Türkiyə lirəsi olub. Çəkilişlərdə Gülşeni "Dolce & Gabbana" modeli Levi Braun müşayiət edib.

Gülşen eyni zamanda "Spotify"da əldə etdiyi nəticə ilə də diqqət çəkib. Müğənninin mahnıları platformada ümumilikdə 2 milyard dinlənmə həddinə çatıb. Sənətçi son iki ildə yeni mahnı təqdim etmədən əlavə 1 milyard dinlənmə toplayıb. Bununla da Gülşen Sezen Aksu ilə birlikdə Türkiyədə "Spotify"da 2 milyard dinlənmə həddinə çatan ilk qadın sənətçilər sırasında yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR