Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil infarkt keçirib.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, təcili əməliyyat olunan aparıcının ürəyinə stent qoyulub.
Hazırda 69 yaşlı şoumenin vəziyyətinin yaxşı olduğu və xəstəxanadan evə buraxıldığı bildirilib.
















