• Bakı 26° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

"Uşağımın meyitini gətirin..." - Anadan ürəkdağlayan sözlər - VİDEO

HADİSƏ

13 Iyul 2026 | 22:33

Uşağımın meyitini gətirin... - Anadan ürəkdağlayan sözlər - VİDEO

Xəbər verdiyimiz kimi, Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilir.

Bakıvaxtı.az xəbər verir ki, hazırda onun axtarışları davam etdirilir.

Yeniyetmənin nənəsi bildirib ki, Fərid görmə məhdudiyyətli anasının yeganə övladıdır:

“Anası 16 ildir oğlunun üzünü görə bilmir, gözdən əlildir. Qızımın tək övladıdır. Elə bu uşağın üstündə balamın gözləri tutulub. Atasına deyir ki, uşağımın meyitini gətirin, əlimi sürtüm”.

Yeniyetmənin xalası isə hadisənin təxminən saat 16:00 radələrində baş verdiyini deyib:

“Bacımın oğlu kanala üzməyə gedərkən suya düşüb. Yanındakı uşaqlar onu xilas edə bilməyiblər, özləri də suya atılmağa qorxublar. Təxminən 10 dəqiqə suda qalaraq kanaldakı dəmirdən yapışıb. Yanındakılar azyaşlı olduqları üçün onu çıxarmağa gücləri çatmayıb. Həmin ərazidə köməyə gələcək heç kim olmayıb. Nənəsi onu böyük əziyyətlə böyüdüb. Aidiyyəti qurumlardan xahiş edirik ki, kanalın suyunu dayandırsınlar və Fəridimizin nəşini taparaq bizə təhvil versinlər”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026