• Bakı 26° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi

DÜNYA

13 Iyul 2026 | 23:00

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Kubaya qarşı sanksiyalar siyahısını genişləndirərək daha 10 təşkilatı məhdudiyyətlər siyahısına daxil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sanksiyaya məruz qalan qurumlar arasında Kuba Turizm Nazirliyi də var.

    ABŞ Dövlət Departamenti açıqlayıb ki, yeni məhdudiyyətlər Prezident Donald Trampın bu il mayın 1-də imzaladığı 14404 nömrəli fərmana əsasən tətbiq edilir.

    Qeyd olunub ki, fərman Kubaya qarşı birtərəfli sanksiya rejiminin daha da sərtləşdirilməsini nəzərdə tutur və məhdudiyyətlərin üçüncü ölkələrə də şamil oluna biləcəyini ehtiva edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Iyul 2026