• Bakı 26° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Ölkəsinə qayıtmaqda çətinlik çəkən jurnalistə Prezidentdən təklif

SİYASƏT

13 Iyul 2026 | 20:10

Ölkəsinə qayıtmaqda çətinlik çəkən jurnalistə Prezidentdən təklif

İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Bakıvaxtı.az Pakistan Televiziyasının rəhbəri Adil Şahzaiblə Prezidentin dialoqunu təqdim edir:  

Adil Şahzaib: Zati-aliləri, çox sağ olun. Hazırda biz Pakistanda belə deyirik ki, Azərbaycanda əgər kimin üzündə təbəssüm yoxdursa, demək, o, Pakistandandır. Onların üzündə böyük təbəssüm görürsünüz. Adi münasibətlərdən qardaşlığa keçdik, bir-birimizi dəstəklədik və hər zaman belə də olacaq. Hazırda xalqlar arasında əlaqələr çox inkişaf edib. Buna görə Sizə və heyətinizə təşəkkür düşür. Sualım sülh ilə bağlıdır. Zati-aliləri, Siz haqlı olaraq qeyd etdiniz ki, Baş nazir Şahbaz Şərif və feldmarşal Asim Munir yorulmadan çalışdılar və dövlət yayım şirkətinin rəhbəri kimi, ilk prosesi İslamabadda birbaşa izləyə bildim. İnanın mənə, nümayəndələrimiz demək olar, 24 saat yatmadılar. Pakistan olmasaydı, düşünmürəm ki, həmin atəşkəsi görə bilərdik. Bizim üçün dayanmadan iş oldu. Zati-alinizin Baş nazir Şahbaz Şərifə və feldmarşal Asim Munirə ünvanlanan mesajı hansı olardı? Xüsusi olaraq, regionda uzunmüddətli sülh üçün daha nə edilə bilər? Sağ olun.

Prezident İlham Əliyev: Mesajlar ən xoş arzulardan ibarətdir və əlbəttə, istəyim onların böyük səylərinin davam etməsidir. Mən əziz qardaşım Baş nazir Şahbaz Şərifə zəng etdim və əsasən, Pakistanın vasitəçi səyləri sayəsində əldə olunmuş həmin razılaşma münasibətilə təbrik etdim. Bu, bir daha ölkənizə olan böyük beynəlxalq nüfuzu göstərdi. Siz yeganə ölkə oldunuz ki, həmin məsuliyyəti öz üzərinizə götürdünüz və vasitəçiliyə müvəffəq oldunuz.

Biz, həmçinin hadisələri izlədik. Baş nazir və feldmarşalın, onların heyətlərinin həmin məsələyə özlərini tam ithaf etdiklərini gördük. Əminəm ki, son hadisələri və yeni gərginliyi nəzərə alaraq, onlar qarşıdurmanın dayandırılması üçün əllərindən gələni edəcəklər. Düşünürəm ki, Pakistandan başqa heç kəs onu edə bilməyəcək. Bu, ölkənizin bacarığının, liderlərinizin qabiliyyətinin, nəinki bu məsələyə görə, bütövlükdə qazandığınız böyük beynəlxalq hörmətin daha bir təzahürüdür.

Adil Şahzaib: Məndən soruşurlar, siz həqiqətən səyahətin çətinləşdiyinə görə Pakistana qayıda biləcəksiniz?

Prezident İlham Əliyev: Ölkəmizə xoş gəlmisiniz. Nə qədər lazımdırsa, burada qala bilərsiniz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026