• Bakı 30° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Evdə istiliyi bu artırır

CƏMİYYƏT

14 Iyul 2026 | 08:44

Evdə istiliyi bu artırır

İnsanların tez-tez yol verdiyi bir səhv yay aylarında evdəki istiliyin daha da kəskinləşməsinə səbəb olur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "El Confidencial" nəşri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına istinadən informasiya yayıb.

Qeyd olunur ki, yayda yol verilən əsas yanlışlıq otağı havalandırmaq üçün gündüz saatlarında pəncərələrin açılmasıdır.

Məsələ burasındadır ki, küçədəki hava evin daxilindəki havadan xeyli istidir. Nəticədə isti kütlə birbaşa mənzilə daxil olur.

Ekspertlər havalandırma prosesini ya səhər tezdən, ya da gecə həyata keçirməyi məsləhət görürlər.

Həmçinin gün ərzində pərdələri və jalüzləri qapalı saxlamaq tövsiyə olunur. Bu üsul günəş şüalarının otağa daxil olmasının qarşısını almağa kömək edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026