• Bakı 26° C

    7.32 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Yanan ərazilərdə minalar PARTLAYIR

HADİSƏ

13 Iyul 2026 | 20:00

Yanan ərazilərdə minalar PARTLAYIR

Füzuli rayonunda baş verən yanğınların yayıldığı ərazilərdə mina partlayışları müşahidə olunub.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, rayonun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində qeydə alınan yanğınlar zamanı ərazidə mövcud olan minaların partlaması halları baş verir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əraziyə cəlb olunan qüvvələr tərəfindən alovun genişlənməsinin qarşısının alınması və yanğının tam söndürülməsi üçün əməliyyatlar aparılır.

Mina təhlükəsinin mövcudluğu yanğınsöndürmə işlərini çətinləşdirsə də, aidiyyəti qurumlar tərəfindən vəziyyət nəzarətdə saxlanılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026