• Bakı 27° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Türkiyəyə F-35 satışı mümkündür

SİYASƏT

13 Iyul 2026 | 17:47

Türkiyəyə F-35 satışı mümkündür

Türkiyəyə F-35 qırıcılarının satışı mümkündür və bu razılaşmanın baş tutacağını gözləyirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

"Türkiyə ordusu NATO-nun yüksək döyüş qabiliyyətinə malik və Qərb sisteminə inteqrasiya olunmuş müttəfiqlərindən biridir. ABŞ-ın bu məsələdə "qırmızı xətləri" olsa da, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35-lərin satışı ilə bağlı düzgün razılaşma əldə edə biləcək. Razılaşma təsdiqlənsə belə, təyyarələrin tədarükü dərhal baş verməyəcək. ABŞ qanunvericiliyinə əsasən, Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri F-35 satışının qarşısındakı əsas maneələrdən biridir və Tramp bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR