• Bakı 27° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Bolqarıstan Vahid Ələkbərova görə bunu da etdi

SİYASƏT

13 Iyul 2026 | 17:52

Bolqarıstan Vahid Ələkbərova görə bunu da etdi

Bolqarıstanın etirazından sonra Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketindən Rus Pravoslav Kilsəsinin patriarxı Kirill və "Lukoyl" şirkətinin təsisçisi Vahid Ələkbərovun adları çıxarılıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova açıqlama verib.

Nazirin sözlərinə görə, Sofiyanın iradları nəzərə alındıqdan sonra Bolqarıstan yeni sanksiyalar paketini dəstəkləməyə hazır olduğunu bildirib.

"Bolqarıstanın narahatlıqları nəzərə alındı və həmin iki şəxs artıq təklif olunan sanksiyalar paketində yer almır. Buna görə də biz bu paketi dəstəkləməyə hazırıq", - deyə Petrova bildirib.

O qeyd edib ki, Bolqarıstanın müraciəti əsasında Sofiya metrosunu avadanlıqla təmin edən şirkətin rəhbərinin adı da sanksiya siyahısından çıxarılıb.

Nazir əlavə edib ki, Aİ-nin daimi nümayəndələrinin son iclasında paketin qəbul edilməməsi digər ölkələrin etirazları ilə bağlı olub.

Onun sözlərinə görə, Yunanıstan enerji sahəsi, Avstriya isə maliyyə sektoru ilə bağlı müddəalara dəyişiklik olunmasını tələb edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR