• Bakı 28° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Telefon qadağası olan məktəblərdə şagirdlərin diqqəti yayınmır

CƏMİYYƏT

13 Iyul 2026 | 14:05

Telefon qadağası olan məktəblərdə şagirdlərin diqqəti yayınmır

Məlum olduğu kimi məktəblərdə mobil telefonlardan istifadəyə sair yeni qayda qüvvəyə minib. Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən təsdiqlənən qaydalara əsasən, dərs zamanı şagirdlərin mobil telefon, planşet və ağıllı saatlardan istifadəsi qadağan edilib. 

Cihazlar dərs müddətində söndürülmüş və ya səssiz rejimdə saxlanılaraq məktəbdə xüsusi qutularda və ya şkaflarda qalacaq. Qaydalara görə, yalnız müəllimin icazəsi ilə tədris məqsədilə və ya fövqəladə hallarda cihazlardan istifadə etmək mümkündür. Qadağaya əməl etməyən şagirdlərə qarşı məktəbin daxili intizam qaydalarına uyğun tədbirlər görüləcək. Bu qərarın bilavasitə Prezidentin rəqəmsal mühitdə uşaqların zərərli məzmundan qorunması ilə bağlı Sərəncamının icrasını təmin etmək məqsədi daşıdığı vurğulanıb. Yeni qərara əsasən məktəblərdə telefon, planşet və smart saatların istifadəsi qadağan olunur.

MÜDTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zemfira Sevdimalı deyib ki, qaydalara görə, şagirdlərin dərs və məşğələ müddətində mobil telefon, planşet, ağıllı saat kimi analoji cihazlardan istifadə qadağan edilir.

Onun sözlərinə görə, şagirdlər tərəfindən məktəbə gətirilən telefonlar dərslər bitənədək söndürülmüş və ya səssiz rejimdə məktəb rəhbərliyinin müəyyən etdiyi xüsusi yerlərdə saxlanılacaq:

“Qaydaların pozulması hallarına nəzarət isə məktəbin daxili nizam-intizam qaydaları ilə tənzimlənəcək. Belə cihazlardan yalnız müəllimin icazəsi və nəzarəti ilə sırf tədris məqsədləri üçün köməkçi vasitə kimi istifadə oluna bilər. Mobil və elektron cihazlardan ancaq zəruri hallarda yararalanıla bilər. Məsələn, təbii fəlakət və digər fövqəlada hallarda, sağlamlıq vəziyyəti ilə bağlı hallarda istifadəyə icazə veriləcək”.

Ramil Nurəliyev, təhsil eksperti

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Ramil Nurəliyev bildirib ki, dərs müddətində valideynlərin öz övladı ilə əlaqə qurması o qədər də mənalı görünmür.

Onun sözlərinə görə, uşaq öz valideyni ilə dərsin girişində, yaxud çıxışında əlaqə saxlaya bilər:

“Əlbəttə, dərsdən çıxandan sonra şagird telefonunu götürəcək və valideyni ilə rahat şəkildə əlaqə quracaq. Tətbiq olunan hazırkı qayda həm beynəlxalq təcrübəyə uyğundur, həm də şagirdlərin dərsdə diqqətinin yayınmasının qarşısını alır. Telefonların qadağan edildiyi məktəblərdə şagirdlərin bir-biri ilə ünsiyyəti daha çox olur, şagirdlərin diqqəti yayınmır”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyul 2026