• Bakı 29° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Sem Nill vəfat etdi

ŞOU

13 Iyul 2026 | 12:23

Sem Nill vəfat etdi

"Piano" və "Yura dövrü parkı" filmlərindəki rolları ilə tanınan yeni zelandiyalı aktyor Sem Nill 78 yaşında vəfat edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə onun "Instagram" səhifəsində dərc edilən məlumatda bildirilib.

Ailəsindən verilən məlumata görə, aktyor iyulun 13-də Sidneydə yaxınlarının əhatəsində dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmır. Daha əvvəl Sem Nill onkoloji xəstəlikdən (xərçəng) müalicə olunub və son zamanlarda remissiyada (xroniki xəstəliyin gedişatında simptomların əhəmiyyətli dərəcədə zəiflədiyi və ya tamamilə yox olduğu dövr - red.) olub.

"İtki qəfil və gözlənilməz oldu", - deyə məlumatda bildirilib.

Qohumları həmçinin xəstəxananın personalına göstərilən tibbi yardıma görə təşəkkür ediblər.

Sem Nill (doğum adı Naycel Con Dermot Nill) 1947-ci ildə Şimali İrlandiyada anadan olub. Uşaq ikən Yeni Zelandiyaya köçüb. Aktyorluq karyerasına Kenterberi Universitetində təhsil aldıqdan və Vellinqtondakı "Downstage" teatrında işlədikdən sonra başlayıb.

Karyerası boyunca Sem Nill uşaq filmlərində və seriallarda çəkilib, "The Piano" və "Yura dövrü parkı" filmlərindəki rollarına görə isə beynəlxalq şöhrət qazanıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyul 2026