Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forum 2 gün davam edəcək.
Qeyd edək ki, forumda 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir.
Bildirək ki, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunur.
***
08:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq.
Bakıvaxtı.az xəbər verir ki, açılışı AZTV, CBC telekanalları və Azərbaycan Prezidentinin sosial media hesablarından izləmək olar.
***
08:21
Bu gün IV Şuşa Qlobal Media Forumu öz işinə başlayır.
Bakıvaxtı.az xəbər verir ki, 2 gün davam edəcək olan tədbir "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunur.
Tədbirdə 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Eyni zamanda, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.
Tədbir mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası, rəqəmsal həmrəyliyin gücləndirilməsi və sülhün təmin olunması istiqamətində praktiki addımların atılmasına töhfə verməyi hədəfləyir.
Bakı 








