İngiltərədə son iki ayda təsirli olan anomal istilər 2 700-dən çox insanın ölümünə səbəb olub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, "World Weather Attribution" (WWA) qrupunun beynəlxalq tədqiqatçıları İngiltərə və Uelsdə may-iyun aylarında qeydə alınan rekord isti hava dalğalarının ölüm hallarına təsirini analiz ediblər.
Məlum olub ki, mayda 550, iyunun ikinci yarısında isə 2 200 nəfərin vəfatı birbaşa anomal istilərlə bağlıdır. İyun ayı ölkə tarixində ən isti ay kimi qeydə alınıb və bəzi bölgələrdə temperatur 36 dərəcəni ötüb.
Qeyd edək ki, analoji isti hava dalğası səbəbindən iyunda Almaniyada təxminən 5 500, Fransada 2 000, Belçikada isə 1 200 nəfər həyatını itirib.
Zeynəb Rzayeva
Bakı 



