• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər

DÜNYA

11 Avqust 2026 | 23:35 | Müəllif: Gülşən Şərif

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər

Gürcüstanda sərxoş sürücülərin avtomobili işə salmasının qarşısını alan xüsusi cihazların quraşdırılması məcburi ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ 2026–2030-cu illər üçün Milli Yol Hərəkəti Təhlükəsizliyi Strategiyasında əksini tapıb.

Strategiyaya əsasən, narkotik maddələrin təsiri altında avtomobil idarə edən sürücülərin aşkarlanması üçün xüsusi texniki vasitələrin də mərhələli tətbiqi planlaşdırılır.

Sənəddə, həmçinin avtomobillərdə "alkoqol bloklaması" sistemlərinin tətbiqi ilə bağlı işlərin davam etdiriləcəyi qeyd olunur. Sistem sürücünün qanında spirtin miqdarı müəyyən edilmiş həddi keçdikdə avtomobilin mühərrikinin işə salınmasına imkan vermir.

Gələcəkdə Gürcüstan bazarına çıxarılan nəqliyyat vasitələri üçün standartlar müəyyən edilərkən bu texnologiyanın tətbiqinin nəzərə alınması planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026