• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Polşa sərhədinə zərbə endirəcək - Tusk

DÜNYA

10 Sentyabr 2026 | 22:22 | Müəllif: Subhan Mahmudov

Rusiya Polşa sərhədinə zərbə endirəcək - Tusk

Ukraynaya ticarət blokadası tətbiq etmək kampaniyasının bir hissəsi olaraq Rusiya tezliklə Ukrayna-Polşa sərhədindəki keçid məntəqələrinə hücum edə bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.

O, rusların Odessa bölgəsində Ukrayna və Moldova arasında sərhəd keçid məntəqələrinə hücumlarını nümunə göstərib.

Tuskun sözlərinə görə, Rusiyanın kütləvi hücumu zamanı Ukrayna və Polşa xidmətlərinin əməkdaşlığı sayəsində sərhəd keçid məntəqələrindən birinə birbaşa təhlükə aradan qaldırılıb.

Polşa rəsmisi təfərrüatlar verməyib, lakin rusların Polşa-Ukrayna sərhədindəki sərhəd keçid məntəqələrinə hücuma cəhd edəcəyinə əminliyini ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026