Panamada baş verən güclü zəlzələdən sonra onlarla afterşok qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti və Panama Universitetinin məlumatlarında bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, əsas təkanlardan sonra 5,8, 5,5 və 5,2 bal gücündə afterşoklar baş verib. Panama Universitetinin seysmoloqları isə ümumilikdə 45-dən çox afterşok qeydə alıblar. Onların əksəriyyəti hiss olunmayacaq qədər zəif olub.
Oktyabrın 9-da baş verən əsas zəlzələnin maqnitudası 7,7 olub. Zəlzələnin episentri Herrera əyalətində, ucqar Pitalosa Arriba kəndindən təxminən 10 kilometr cənub-qərbdə yerləşib. Ocağın dərinliyi isə 10 kilometr təşkil edib.
Qeyd olunur ki, ABŞ Geoloji Xidməti əvvəlcə zəlzələnin maqnitudasını 8,0 olaraq açıqlayıb, daha sonra göstəricini 7,6-ya, sonradan isə 7,7-yə dəyişib.
Yeraltı təkanlar qonşu Kolumbiyada da hiss olunub. Oktyabrın 10-da isə 6,6 maqnitudalı daha bir güclü zəlzələ qeydə alınıb.
















