• Bakı 19° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Hörmüzdən keçən neft tankeri minaya düşüb

DÜNYA

10 Oktyabr 2026 | 21:52 | Müəllif: Günəş Mərd

Hörmüzdən keçən neft tankeri minaya düşüb

Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib.

Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

"Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən, xam neft daşıyan supertanker elan edilmiş yüksək təhlükəli yolda dəniz minasına çırpılaraq şiddətli partlayışa məruz qalıb", - bəyanatda bildirilib.

Qeyd olunub ki, tanker naviqasiya və mövqe təyinetmə sistemlərini söndürüb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyan edib ki, Hörmüz boğazının təhlükəsizlik və qaydalarını pozan hər bir tankerin aqibəti belə olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026