• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ukrayna sərhəddə xüsusi rejim tətbiq edir

DÜNYA

10 Sentyabr 2026 | 22:04 | Müəllif: Subhan Mahmudov

Ukrayna sərhəddə xüsusi rejim tətbiq edir

Ukrayna Nazirlər Kabineti Rusiya və Belarusla sərhəd boyunca xüsusi sərhəd rejimi tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti öz saytında məlumat yayıb.

"Hərbi vəziyyət dövründə Rusiya Federasiyası və Belarusla dövlət sərhədi boyunca 1 km enində torpaq sahələrində xüsusi sərhəd rejimi yaradılacaq", - deyə açıqlamada bildirilir.

"Göstərilən ərazi daxilində şəxslərin sərbəst girişi, qalması, yaşaması və hərəkət etməsi, eləcə də hərbi əməliyyatlar, müdafiə və ya dövlət sərhədinin qorunması ilə əlaqəli olmayan işlərin görülməsi qadağandır", - deyə nazirlik vurğulayıb və əlavə edib ki, məhdudiyyətlər dövlət sərhədi boyunca bir kilometr uzunluğunda zolaq daxilindəki bütün torpaq sahələrinə şamil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026