Çitada (Rusiya) yağıntılardan sonra evlərin və sahələrin su altında qalması səbəbindən fövqəladə vəziyyət elan edilib.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə şəhər rəhbəri İnna Şeqlova bildirib.
"Şiddətli yağışlar nəticəsində evlərin və həyətyanı sahələrin su altında qalması ilə əlaqədar Fövqəladə hallar üzrə komissiyanın operativ iclasını keçirdim. Çita şəhəri ərazisində "Fövqəladə vəziyyət" rejiminin tətbiq edilməsi haqqında qərar qəbul edilib", - o yazıb.
Rejim çərçivəsində küçə və yol şəbəkəsinin su basmış hissələrindən suyun çəkilməsi, kollektorların təmizlənməsi və ya bərpası, quyuların, yaşayış evlərinin və ərazilərin təmizlənməsi və dezinfeksiyası işləri həyata keçirilir. Torpaq sahələrinə baxış keçirilməsi üçün komissiyalar yaradılıb.
Bakı 



