• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İsrail qüvvələri “Hizbullah”ın tunellərini partlatdı

DÜNYA

11 Sentyabr 2026 | 00:59 | Müəllif: Subhan Mahmudov

İsrail qüvvələri “Hizbullah”ın tunellərini partlatdı

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Əli Taher silsiləsinin altında “Hizbullah” tərəfindən qazılmış yeraltı tunelləri partladıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, tunellər ötən həftə İsrail qüvvələri tərəfindən ələ keçirilib və döyüşçülərdən təmizlənib. İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz tunellərin məhv edilməsi barədə əmr verdiklərini açıqlayıblar.

İsrail tərəfi tunel kompleksinin “Hizbullah”ın Bədr briqadasının əsas qərargahlarından biri olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026