• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Dağıstan qaranlığa qərq oldu

DÜNYA

12 Avqust 2026 | 09:01 | Müəllif: Əli Hüseynov

Dağıstan qaranlığa qərq oldu

Dağıstanın Çaradinski, Kaytağski və Daxadayevski rayonlarında təcili elektrik kəsintiləri baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində üç bələdiyyə rayonunu əhatə edən 20 kənddə 5,6 min insan və 18 sosial əhəmiyyətli obyekt işıqsız qalıb.

Məlumata görə, avqustun 12-si Moskva vaxtı ilə saat 08:00-da qəzanın aradan qaldırılması və təcili təmir işlərinin aparılması üçün üç briqada səfərbər olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026