• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Milli Observatoriya universitetlərdə yeni layihəyə start verib

CƏMİYYƏT

19 Oktyabr 2026 | 14:39 | Müəllif: Əli Hüseynov

Milli Observatoriya universitetlərdə yeni layihəyə start verib

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya universitet tələbələrinin peşəkar bacarıqlarının inkişafına yönələn “PeşəKaryera” layihəsinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, layihənin əsas məqsədi tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə dəstək olmaq, eləcə də praktiki biliklərin universitet mühitində tətbiqini genişləndirməkdir.

Layihə çərçivəsində tələbələr 9 əsas istiqamət üzrə bacarıq əsaslı ustad dərslərində (master-klaslarda) iştirak edəcəklər.

İlk təlimlər Bakı Avrasiya Universiteti və Bakı Slavyan Universitetində təşkil olunub. Təlimlərdə “Peşəkar mühitdə dəyişiklikləri fürsətlərə çevirmə yolları” mövzusu müzakirə edilib.

Proqram iştirakçıların çevik düşünmə, innovativ ideyalar irəli sürmə, dəyişiklik və riskləri yeni imkanlara çevirmə, eləcə də problemlərin həllində yaradıcı yanaşma bacarıqlarının inkişafına yönəlib.

Qeyd edək ki, “PeşəKaryera” layihəsinə ümumilikdə 6 universitet cəlb olunub. Növbəti mərhələlərdə digər ali təhsil müəssisələrində də master-klasların keçirilməsi nəzərdə tutulur.


Milli Observatoriya universitetlərdə yeni layihəyə start veribMilli Observatoriya universitetlərdə yeni layihəyə start veribMilli Observatoriya universitetlərdə yeni layihəyə start verib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR