• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tramp: İrana etibar etmirəm

DÜNYA

12 Avqust 2026 | 08:21 | Müəllif: Əli Hüseynov

Tramp: İrana etibar etmirəm

ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətin normal inkişaf etdiyini və Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, bu barədə Vaşinqton yaxınlığındakı Endryus aviabazasında jurnalistlərə bildirib.

"İranla bağlı hər şey qaydasındadır - tamamilə normaldır. Biz Hörmüz boğazına tam nəzarət edirik. Biz onu idarə edirik; başqa heç kim, ancaq biz. Bizim Hərbi Dəniz Qüvvələrimiz inanılmazdır və ölkəmizdə işlər ələ gedir", - Tramp deyib.

Tramp həmçinin Tehrana etibar etmədiyini də əlavə edib.

"Mən İrana etibar edəcək sonuncu insanam; onlar məni dəfələrlə aldatdılar. Hazırda Hörmüz boğazına tam nəzarət edirik, onlar isə onu idarə etmirlər", - o deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026