Bakı Dövlət Universitetində (BDU) struktur və infrastruktur dəyişiklikləri davam edir.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, universitetin Ekologiya və torpaqşünaslıq fakültəsi daimi olaraq keçmiş Asiya Universitetinin binasına köçürülür. Köçürülmə prosesi artıq başlanılıb və yeni tədris ilindən fakültənin həmin binada fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.
Mənbələrin bildirdiyinə görə, BDU-nun 1 saylı tədris korpusunda aparılan əsaslı təmir işlərinin15 sentyabr tarixində başa çatdırılması planlaşdırılır.
Təmir yekunlaşdıqdan sonra korpus əvvəlki tədris istiqamətləri üzrə fəaliyyət göstərəcək.
Qeyd edək ki, indiyədək BDU-nun 1 saylı tədris korpusunda Hüquq, Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri yerləşib.
Bildirək ki, Bakı Dövlət Universiteti sözügedən universitetin binasını ödənişlə alaraq balansına keçirib.
Murad İsmayıl
Bakı 



