6 aydır fəaliyyəti dayandırılmış “Simurq” kitabxanası tamamilə bağlanır.
Bakıvaxtı.az unikal-a istinadən xəbər verir ki, bu barədə kitabxananın yaydığı məlumatda deyilir.
Tanınmış dövlət xadimi Tağı Simurq Şahbazinin adını daşıyan kitabxana 4 fevral 2024-cü il tarixində Laçın şəhərində yaradılıb və qısa müddət ərzində rayonun mühüm mədəni-maarif ocaqlarından birinə çevrilib.
Kitabxananın fondu Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Yazıçılar Birliyinin, M.F. Axundov adına Milli Kitabxananın, eləcə də tanınmış yazıçı, şair, tarixçi, jurnalist və ictimai fəalların könüllü ianələri hesabına formalaşdırılıb. Qısa müddət ərzində burada 4 000-ə yaxın kitabdan ibarət zəngin fond yaradılıb.
"Ümid edirik ki, minlərlə kitabın taleyi, onların gələcək nəsillər üçün qorunub saxlanılması və Laçında kitabxana ənənəsinin yaşadılması məsələsinə yenidən nəzər salınacaq. Çünki kitabxananı bağlamaq asandır, amma bir şəhərin oxumaq və öyrənmək mədəniyyətini yenidən formalaşdırmaq illər tələb edir", - deyə kitabxananın açıqlamasında deyilir.
Bakı 



