• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Niderlandda Qərbi Nil virusundan üç nəfər öldü

CƏMİYYƏT

10 Sentyabr 2026 | 17:39 | Müəllif: Əli Hüseynov

Niderlandda Qərbi Nil virusundan üç nəfər öldü

Niderlandda Qərbi Nil virusuna yoluxma nəticəsində üç nəfər dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nu.nl portalı İctimai Səhiyyə və Ətraf Mühit üzrə Milli İnstitutun (RIVM) məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, ölkə ərazisində sözügedən virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 18-ə yüksəlib.

Qeyd edək ki, virusdan ilk ölüm halı barədə məlumat avqust ayında ictimaiyyətə açıqlanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026