Bakının Malakan bağı ərazisində fəaliyyət göstərən “Özsüt” restoranının filialı bağlanıb.
Bakıvaxtı.az xəbər verir ki, flialın hansı səbəbdən bağlandığı və fəaliyyətinin bərpa edilib-edilməyəcəyi ilə bağlı şirkət tərəfindən rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, “Özsüt Azerbaijan” MMC-nin dövlət büdcəsinə milyonlarla manat vergi borcu olduğu bildirilir. Son məlumatlara görə, şirkətin vergi borcu 3,3 milyon manatı ötüb.
Məlumatlara əsasən, şirkətin vergi borcu 3 milyon 339 min 819 manatdan çox təşkil edib.
Malakan bağındakı filialın bağlanmasının şirkətin vergi borcu və maliyyə vəziyyəti ilə əlaqəsinin olub-olmadığı açıqlanmayıb.
Murad İsmayıl
Bakı 



