İlk Rusiya-Ərəb Forumu oktyabrın əvvəlində Ərəb Dövlətləri Liqasının (ƏDL) himayəsi altında keçiriləcək.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Roskongress Fondunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər oktyabrın əvvəlində Ərəb Dövlətləri Liqasının himayəsi altında keçiriləcək və Rusiya və Ərəb Liqası ölkələrinin nazirlik və qurumlarının rəsmilərini, diplomatik nümayəndəliklərin rəhbərlərini, biznes və ekspert icmalarının nümayəndələrini bir araya gətirəcək Rusiya-Ərəb Forumuna hazırlıq məsələlərini müzakirə ediblər.
Tədbirə hazırlıq məsələləri Rusiya Prezidentinin müşaviri Anton Kobyakov, Bəhreynin Rusiyadakı səfiri Əhməd əs-Saati, Ərəb Liqasının Rusiyadakı Nümayəndəliyinin rəhbəri Vəlid Həmid Şiltaq və Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri arasında keçirilən görüşdə müzakirə olunub.
Prezident müşavirinin sözlərinə görə, Rusiya ilə Ərəb dövlətləri arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə çatır. Bu, təkcə siyasi dialoqa deyil, həm də ticarət, investisiya, sənaye əməkdaşlığı, infrastruktur layihələri, mədəniyyət və humanitar əməkdaşlığa da aiddir.
Gülşən Şərif
Bakı 



