• Bakı 27° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

SİYASƏT

13 Iyul 2026 | 18:17

Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Slovakiya Prezidenti Peter Pelleqrini bazar ertəsi Azərbaycana rəsmi səfərə yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Slovakiya Prezidentinin Ofisi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Slovakiya ixracının dəstəklənməsi, sənaye və texnoloji əməkdaşlığın genişləndirilməsi, həmçinin iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişafı məsələləri müzakirə olunacaq.

Bundan əlavə, münaqişədən zərər çəkmiş ərazilərin bərpası və inkişafı layihələrində slovak tərəfdaşların iştirak imkanlarının da nəzərdən keçirilməsi gözlənilir.

"Məlumata əsasən, səfər çərçivəsində Peter Pelleqrini Ağdam rayonuna səfər edəcək, burada Baş Qərvənd kəndində həyata keçirilən “Ağıllı Kənd” (Smart Village) layihəsi ilə tanış olacaq və general Milan Rastislav Ştefanik adına yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcək. Səfər ötən ilin dekabrında Azərbaycan Prezidentinin Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfərindən bir neçə ay sonra baş tutur. Prezidenti səfərdə müdafiə naziri Robert Kalinyak, iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay Eştok, eləcə də Slovakiya Milli Bankının sədri Peter Kajimir müşayiət edir", – məlumatda bildirilir.

Bundan əvvəl bildirilib ki, Slovakiya Prezidentinin Bakıya səfər proqramı ilə paralel olaraq, slovak iş adamlarının iştirakı ilə Slovakiya–Azərbaycan biznes forumu da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR