Brüsseldə keçiriləcək görüşdə Aİ xarici işlər nazirləri hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün Ermənistan üçün yeni Aİ missiyasının yaradılmasını təsdiqləyəcəklər.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
O, bildirib ki, Aİ Ermənistanın üzləşdiyi hibrid təhdidlərlə, eləcə də xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə mübarizə aparmaq üçün yeni tərəfdaşlıq missiyası barədə də razılığa gələcək.
Gülşən Şərif
Bakı 



