• Bakı 28° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Mağazadan terminal oğurlayan şəxslər tutuldu

HADİSƏ

13 Iyul 2026 | 14:02

Mağazadan terminal oğurlayan şəxslər tutuldu

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 33 yaşlı Eldar Zeynalov və 30 yaşlı Tahib Əmiraslanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, onlar gecə saatlarında rayonun 28 May qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə üç min manatdan artıq vəsaiti talayıblar. Saxlanılan şəxslərin törətdikləri oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyul 2026